“Kölgə adam“ öldü? – İsrail araşdırır
    • 12-03-2024, 11:42
    • 137

“Kölgə adam“ öldü? – İsrail araşdırır

İsrail ordusu HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadasının komandirlərindən biri Mərvan İsanın Qəzzaya endirilən hava zərbəsində ölməsi ilə bağlı xəbərləri araşdırır.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, yaxşı gizlənə bilmə qabiliyyətinə görə “kölgə adam” kimi tanınan Mərvan İsa oktyabrın 7-də İsrailə hücumu planlaşdıran və HƏMAS-ın hərbi əməliyyatlarına rəhbərlik edən üç yüksək səviyyəli HƏMAS liderindən biri olub.

Qeyd edək ki, ölüm xəbəri təsdiq olunarsa, o, son beş aylıq müharibədə Qəzzada öldürülən HƏMAS-ın ən yüksək rəsmisi olacaq.