Bu ölkədə aclıqla üzləşən ailələr sağ qalmaq üçün çəyirtkə yeyir
    • 12-03-2024, 23:20
    • 149

Bu ölkədə aclıqla üzləşən ailələr sağ qalmaq üçün çəyirtkə yeyir

Artıq bir ildir ki, vətəndaş müharibəsinin davam etdiyi Sudanda aclıqla üzləşən ailələr sağ qalmaq üçün çəyirtkə yeyirlər.

News24.az-ın Manset.az-a istinadən məlumatına görə, bu barədə Küveytdə yerləşən “Al Najat Charity” görüntülər yayımlayıb.

Bildirilib ki, yemək tapmaqda çətinlik çəkən insanlar yeməyə başlayıblar.“Təsəvvür edin, onların tək qidaları çəyirtkədir” başlığı ilə yayımlanan görüntülərdə ailələrin çəyirtkələri yediyi görünüb.