Kabus dolu uçuş:
    • 12-03-2024, 21:00
    • 330

Kabus dolu uçuş: "Tavan qan izləri ilə örtüldü"

Dünən Çili-Braziliya hava yolu şirkəti Latamın uçuşunda olan Brian Cokat, qəfil sürətlə enməyə başlayan təyyarənin bir çox sərnişini yerlərindən qaldırdığını bildirib.

News24.az xəbər verir ki, Hadisənin "texniki nasazlıq" səbəbindən baş verdiyi və 50 nəfərin yaralandığı açıqlanıb.

12 sərnişin Oklendə endikdən sonra xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı danışan sərnişinlərdən Cokat, sərnişinlərin yüksək sürətlə tavana dəyməsi səbəbiylə bəzi tavan panellərinin qırıldığını və daha əvvəl bu qədər sürətlə enən bir təyyarə görmədiyini açıqladı:

“Yanımdakı adam tavana yapışmışdı. O an düşündüm ki, biz ölmə məhkumuq. İnsanların başından qan axırdı, hamı qışqırırdı, tam xaos hökm sürürdü".

FlightAware uçuş izləmə saytının məlumatına görə, sözügedən təyyarə üç saatlıq uçuşun ikinci saatından sonra hündürlüyünü itirməyə başlayıb.

Latam hadisəyə görə sərnişinlərdən üzr istəyib.

Yeni Zelandiyaya eniş edən təyyarənin daha sonra Çilinin paytaxtı Santyaqoya uçması planlaşdırılıb.

Lakin bu uçuş ləğv edilib.

Radio New Zealand-ın məlumatına görə, uçuş bu günə qədər təxirə salınıb.

Onu da qeyd edək ki, hadisədən sonra Boeing səhmləri təxminən 4 faiz dəyər itirib.

Günel Məlikzadə