Bu ölkədə Rusiya dövlət nömrə nişanlı avtomobillər saxlanılacaq
    • 13-03-2024, 16:00
    • 111

Bu ölkədə Rusiya dövlət nömrə nişanlı avtomobillər saxlanılacaq

Finlandiyada yerləşən Rusiya qeydiyyat nişanlı avtomobillərin sahiblərindən martın 16-dan etibarən vergi, gömrük rüsumları və ölkədən çıxarılma riski tələb oluna bilər.

News24.az xəbər verir ki, bu barədə Finlandiya gömrük xidməti məlumat yayıb.

“Gömrük orqanları yolda Rusiya dövlət qeydiyyatından keçmiş və Finlandiyada olmaq hüququ olmayan nəqliyyat vasitəsinə rast gəlsələr, onu saxlayacaq və hər bir halda mümkün vergiləri nəzərdən keçirəcəklər. Qanunsuz istifadənin nəticələri, məsələn, gömrük rüsumlarının və vergilərinin yığılması, eləcə də nəqliyyat vasitəsinin Aİ ərazisindən çıxarılması ola bilər”, – məlumatda qeyd olunub.

İstisnalar isə tələbələrə, Finlandiyada qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərədir.

Qeyd edək ki, Finlandiyanın Rusiya qeydiyyatı olan avtomobillərin sayı barədə məlumatı yoxdur.

Mehriban Mirzəzadə