Estoniyadan yeni təklif- Ukraynaya 120 milyard...
    • 13-03-2024, 17:35
    • 116

Estoniyadan yeni təklif- Ukraynaya 120 milyard...

Maliyyə bazarlarından və ya milli büdcələrdən borc götürmək Ukraynaya Rusiya ilə müharibədə qalib gəlmək üçün lazım olanı vermənin ən yaxşı yoludur. Estoniya hazırda bu məqsədə çatmaq üçün 100 milyard avrodan çox vəsait axtarır.

News24.az xəbər verir ki, bunu Estoniya Müdafiə Nazirliyinin daimi katibi Kusti Salm deyib.

“Ukraynaya hərbi yardım üçün ildə 120 milyard avronun ayrılması təxmini rəqəmdir və Ukraynanın müharibədə qalib gəlməsi üçün kifayət etməlidir”,- deyə o qeyd edib.

Salm təklif edib ki, bu məbləğin bir hissəsi avrobondlar vasitəsilə maliyyələşdirilə bilər.

Burada Avropa Komissiyası maliyyə bazarlarında vəsait cəlb edə və Aİ ölkələrindən zamin kimi istifadə edə bilər.

Mehriban Mirzəzadə