Polşa hökuməti səfirlərini geri çağırdı
    • 15-03-2024, 13:48
    • 151

Polşa hökuməti səfirlərini geri çağırdı

2023-cü ilin oktyabrında Polşada keçirilən və Avropa İttifaqıyönlü müxalifətin qalib gəldiyi seçkilərdən sonra dövlət öz qabığını dəyişməyə davam edir.

News24.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi diplomatik missiyaların təkmilləşdirilməsi səyləri çərçivəsində 50 səfirin geri çağırıldığını açıqlayıb.

Geri çağırılan diplomatların hamısının ölkəni səkkiz il idarə edən sağçı hökumət tərəfindən təyin edilməsi diqqət çəksə də, Polşa mətbuatı hökumətin bu addımının baş nazirdən uzaq olan prezident Anjey Duda tərəfindən qəbul edilə bilməyəcəyini bildirib. Nazir Donald Tusk daha əvvəl dövlətə məxsus TVP İnfo kanalına Sikorski ilə birlikdə ölkənin səfirliklərində hərtərəfli dəyişikliklər etməyi planlaşdırdıqlarını bildirmişdi. Ölkədə keçirilən seçkilərdən sonra dövlət media qurumlarının idarəçiliyində dəyişikliklər edilib.

Günel Məlikzadə