Fotodakı Katedir, yoxsa dublyor?
    • 19-03-2024, 13:01
    • 192

Fotodakı Katedir, yoxsa dublyor?

Britaniyanın "The Sun" qəzeti bu gün Uels şahzadəsinin Vindzorda kənd təsərrüfatı məhsulları satan bazarda çəkilmiş şəkillərini dərc edib.

News24.az xəbər verir ki, əri Şahzadə Uilyamla alış-veriş edərkən həvəskar kameraya çəkilən videoda əlində çantalarla görüntülənən Şahzadə Keytlə bağlı xəbərlərdə "O xoşbəxt və dinc görünür" deyilir. 

Bununla belə, bir çox sosial media istifadəçisi şəkildəki şəxsin Şahzadə Keyt olmadığını iddia edən paylaşımlar edib.

Qeyd edək ki, Şahzadənin keçmişdə çəkilmiş şəkilləri ilə bu gün çəkilən görüntüləri müqayisə edən sosial media istifadəçiləri fərqli məqamlara diqqət çəkərək, görüntüdəki şəxsin Keyt Middlton olmadığını bildiriblər.

Günel Məlikzadə