Kəlbəcərdə tank əlehinə raket aşkarlandı
    • 21-03-2024, 14:44
    • 197

Kəlbəcərdə tank əlehinə raket aşkarlandı


Kəlbəcərdə silah-sursat aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd "Karabin", 1 ədəd tank əlehinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.