Qalmaqallı prezidentin həbsinə order verildi - Bu dəfə görün nə edib
    • 21-03-2024, 18:40
    • 166

Qalmaqallı prezidentin həbsinə order verildi - Bu dəfə görün nə edib


İspaniya prokurorları İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin həbsinə order verib.

News24.az publika.az-a istinadən xəbər verir ki, İspaniya Superkubokunun Səudiyyə Ərəbistanınında keçirilməsi ilə bağlı RFEF ilə bu ölkə arasında bağlanmış müqavilə ilə bağlı araşdırma aparılır. Söhbət korrupsiya, pis idarəetmə və çirkli pulların yuyulması ilə bağlı cinayətlərdən gedir.

Polis bu gün RFEF-in qərargahına basqın edib və 7 nəfər həbs edilib. Rubialesin Qranadadakı şəxsi evində də axtarış aparılıb.

Rubiales hazırda İspaniya ilə ekstradisiya müqaviləsi olmayan Dominikan Respublikasındadır.

Xatırladaq ki, Rubiales qadınlar arasında dünya çempionatının finalından sonra mükafatlandırma mərasimində futbolçu Cennifer Hermosonun dodaqlarından öpdüyü üçün İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa vermiş və FİFA tərəfindən 3 illik futbol fəaliyyətindən uzaqlaşdırılmışdı.