Nəsibə Zeynalovanın nadir GÖRÜNTÜLƏRİ yayıldı
    • 14-05-2024, 12:21
    • 647

Nəsibə Zeynalovanın nadir GÖRÜNTÜLƏRİ yayıldı

Azərbaycan Dövlət Film Fondu mərhum Xalq artisti Nəsibə Zeynalovanın nadir fotolarını yayımlayıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, fond bu barədə sosial media hesablarında paylaşım edib.

“Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər “Qayınana” filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir. Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntülərinə rast gəlmək mümkündür” deyə, paylaşımda yazılıb.