PSJ-dən 60 milyon avro tələb etdilər
    • Dünən, 23:45
    • 69

PSJ-dən 60 milyon avro tələb etdilər

PSJ "Renn"in yarımmüdafiəçisi Dezire Dueni transfer etməkdə israrlıdır.

News24.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 19 yaşlı futbolçu Paris təmsilçisinin əsas hədəfidir. "Renn" isə Due üçün 60 milyon avro tələb edir.

Due və ailəsi artıq PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi və klubun idman müşaviri Luis Kamposla görüşüb. 

Qeyd edək ki, Duenin "Renn" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir. 2023/24 mövsümündə Due klubda 43 oyun keçirib, 4 qol vurub və 6 qolun ötürməsini verib.