Krokursda insanları xilas edən tələbə təşkilatının rəhbəri öldü
    • 27-03-2024, 12:30
    • 126

Krokursda insanları xilas edən tələbə təşkilatının rəhbəri öldü

Faciə baş verən gündən axtarışda olan Andrey Syropyatov həlak olanların adları ilə yenilənmiş siyahıya daxil edilib.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktı zamanı tələbə təşkilatının üzvləri ziyarətçilərin binadan çıxmasına kömək ediblər. Belə ki, yeniyetmə Roman və Vladislav yüzə yaxın insanı mənfi birinci mərtəbədəki qəza çıxışlarından çıxararaq xilas ediblər. Onların sözlərinə görə, faciə günü “Krokus”da 105 işçi çalışıb, onların hamısı sağ qalıb. Lakin təşkilatın rəhbəri Andrey Syropyatov yoxa çıxıb.

Martın 26-da onun adı Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən öldürülənlərin yenilənmiş siyahısında yer alıb.

Mehriban Mirzəzadə