İsveçrə bankları ruslara xidməti dayandırır
    • 27-03-2024, 16:33
    • 151

İsveçrə bankları ruslara xidməti dayandırır

İsveçrə bankları digər vətəndaşlıqdan əlavə Rusiya pasportu olan şəxslərə xidmət göstərməyi dayandırır. 

News24.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Məlumata görə, problem UBS və Credit Suisse-nin ikili vətəndaşlığı olan bir neçə müştərisi arasında yaranıb - və bu insanlar İsveçrədə vergi ödəyirlər və Rusiya Federasiyasından gəlir əldə etmirlər, həmçinin orada vergi öhdəliyi yoxdur. Bundan əlavə, Rusiya pasportunu saxlayan bir neçə İsrail vətəndaşı İsveçrədə hesab açmaq imkanından məhrum edilib.

Mehriban Mirzəzadə