Rusiyadakı terror aktında Paralimpiya yığmasının üzvü öldü - FOTO
    • 27-03-2024, 18:58
    • 117

Rusiyadakı terror aktında Paralimpiya yığmasının üzvü öldü - FOTO

Stolüstü tennis üzrə Rusiya Paralimpiya yığmasının üzvü Yekaterina Popova Crocus City Hallda baş verən terror aktı zamanı dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu baradə Rusiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, 39 yaşlı idmançı, idman ustası, ikiqat ölkə çempionu Rusiya yığmasının heyətində Avropa çempionatında və digər beynəlxalq yarışlarda iştirak edib.

(Foto: Rusiya Paralimpiya Komitəsi)

Günel Məlikzadə