DÇ-2030 üçün dünyanın ən böyük stadionunu tikəcəklər
    • 30-03-2024, 22:27
    • 210

DÇ-2030 üçün dünyanın ən böyük stadionunu tikəcəklər

Mərakeş 2030-cu il dünya çempionatı üçün tikməyi planlaşdırdıqları yeni stadionun layihəsini təqdim edib.

News24.az QOL.az-a istinadən xəbər verir ki, stadion "Grand Stade de Casablanca" adlanacaq. Arenanın tribunaları 115 min tamaşaçı tutacaq ki, bu da dünyanın bütün digər stadionlarının tamaşaçı tutumundan çoxdur. Stadion Əl-Mənsuriyyə şəhərində tikiləcək.

Mərakeşlilər bu stadionu tikməklə İspaniya və Portuqaliya ilə birlikdə ev sahibliyi edəcəkləri 2030-cu il dünya çempionatının finalına da ev sahibliyi etmək hüququ əldə etmək istəyirlər. İspaniya tərəfi isə finalı Madrid və ya Barselonada keçirməyə ümid edir.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək. DÇ-2030-da ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. 3 oyun Cənubi Amerikada baş tutacaq. Açılış oyunu Uruqvayda olacaq.