TIR maşının üzərinə aşdı: 4 ölü, 3 yaralı
    • 30-03-2024, 18:56
    • 116

TIR maşının üzərinə aşdı: 4 ölü, 3 yaralı


Türkiyənin Çankırı vilayətinin Çerkeş rayonunda TIR minik avtomobilinin üzərinə aşıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Hadisə İstanbul-Samsun avtomobil yolunun Göynükcukuru kəndindən keçən hissədə baş verib.

Qəza nəticəsində 4 nəfər ölüb, 2-si polis olmaqla, 3 nəfər də yaralanıb.