Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
    • 31-03-2024, 23:18
    • 244

Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı


Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.

News24.az APA-ya istinadla xəbər verir ki, seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.

Seçkilər çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilk nəticələr də açıqlanıb.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,41% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıklara əsasən hələlik seçicilərin 42,03%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 55,25% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 37,08% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.