"Toy box"dan çıxan siqaretlə bağlı RƏSMİ AÇIQLAMA
    • 4-04-2024, 16:52
    • 192

"Toy box"dan çıxan siqaretlə bağlı RƏSMİ AÇIQLAMA

Paytaxtda yerləşən "Bizim Market"dən alınan "toy box"un içərisindən siqaret çıxıb. Şikayətçi əvvəlcə oyuncaq olduğunu düşünsə də, sonra siqaret olduğunun fərqinə varıb. Bunları əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Sözügedən hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a verilən açıqlamada bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən  müvafiq yoxlama aparılıb: "Sözügedən məhsullara baxış zamanı iddia olunan kənar maddə aşkar edilməyib".

İddialarla bağlı "Bizim Market"lə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı.

Qumral