Azərbaycanda 13 yaşlı qız özünü məktəb binasından atdı
    • 8-11-2023, 13:14
    • 723

Azərbaycanda 13 yaşlı qız özünü məktəb binasından atdı

Şirvan şəhərində yeniyetmə qız intihara cəhd edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhər 20 nömrəli  tam orta məktəbdə baş verib.

Belə ki, dünən 4-5 radələrində 13 yaşlı məktəbli özünü 2-ci mərtəbənin pəncərəsindən atıb. 

Məktəbli qız sağ qalıb. Lakin onun ayaqları sınıb. 

İntihara cəhdin səbəbləri araşdırılır. 

Hadisəni ilə bağlı Şirvan-Salyan Rayon Təhsil Şöbəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı. Yeniyetmənin səhhəti ilə bağlı məlumat almaq üçün TƏBİB-ə sorğu göndərsək də, sorğumuz cavablandırılmadı. 

Qumral Əliyeva