Rusiyada bu rənglərə görə insanları həbs və cərimə edirlər
    • 4-04-2024, 23:09
    • 228

Rusiyada bu rənglərə görə insanları həbs və cərimə edirlər

Rusiyada Ukraynanı xatırladan hər şeyə görə insanları həbs etməyə, cərimələməyə başlayıblar. Ukrayna bayrağının rəngində hər hansı bir aksesuarı belə gəzdirmək insanın dərhal polis idarəsinə sürüklənməsinə səbəb olur.

Martın ortalarında Moskva sakini olan qadın bel çantasına mavi və sarı rəngli çiçəklər tikdirdiyinə görə cəzalandırılıb. Simonovski məhkəməsində hesab ediblər ki, qadın “Şabolovskaya” stansiyasında qatar vaqonunda metro sərnişinlərinə “Ukrayna bayrağının rəngləri olan çantasının qayışına bərkidilmiş “Unut-Məni Unutma” adlı çiçək göstərib və beləliklə Ukraynadakı müharibəyə mənfi münasibətini ifadə edib. Buna görə də məhkəmədə Rusiya Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş ictimai hərəkətlərə görə ona qarşı protokol tərtib edilib.

Qadın təqsirini boynuna almayaraq gülü övladının hazırladığını bildirib. Məhkəmə ona cərimə kəsib, lakin dəqiq məbləği deyə bilməyib. Rusiya ordusunu gözdən salan inzibati maddəyə görə, rus qadından 50 min rubla qədər pul alına bilərdi.

Rusiyada göyqurşağı rəngləri də hüquq-mühafizə orqanlarını “dəli” edir. Fevral ayında Nijni Novqorod sakini Anastasiya Erşova “qadağan olunmuş simvolların nümayişi” maddəsi ilə göy qurşağı rəngində sırğa taxdığına görə beş sutka müddətinə həbs edilib. Qızın üzərindəki qızıl-zinət əşyalarını görən şəxslər onu polisə təhvil veriblər. Məhkəmə prosesində rusiyalı qadın izah edib ki, cinsi azlıqlar və onların təşkilatı olan LGBT ilə heç bir əlaqəsi yoxdur, bu hərəkatın simvolizmi ilə tanış deyil və sırğalar sadəcə, çoxrəngli zinət əşyaları idi.

Kremlin sözçüsü Dmitri Peskov bu hadisə ilə bağlı sualları cavablandırarkən "Rusiyada göy qurşağını qadağan edən hər hansı qanunun mövcudluğundan" xəbərsiz olduğunu demişdi.