![Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI - FOTO](/uploads/posts/2024-04/polkovnik1.webp)
-
- 11-04-2024, 14:22
- 585
Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI - FOTO
Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
Klubun mətbuat katibi Mübariz Süleymanlının Oxu.Az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat "İrəvan"da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.
![](/uploads/posts/2024-04/1196207.webp)