![Kəlbəcərdən ACI XƏBƏR gəldi - ÖLƏNLƏR VAR](/uploads/posts/2024-04/img_5927_1712897778-full.webp)
-
- 12-04-2024, 10:09
- 403
Kəlbəcərdən ACI XƏBƏR gəldi - ÖLƏNLƏR VAR
Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə adıçəkilən sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.
Faktla bağlı araşdırma aparılır.
![](/uploads/posts/2024-04/6618512b520c66618512b520c717128696756618512b520c26618512b520c4.webp)