“Yas evində yemək yeyilməz”
    • 12-04-2024, 11:47
    • 173

“Yas evində yemək yeyilməz”

Türkiyədə əsrin fəlakəti olaraq xarakterizə edilən 6 fevral zəlzələlərində ən çox dağıntıya məruz qalan Hatayda 31 Mart 2024 Yerli Rəhbərlik Seçkiləri başa çatıb.

News24.az xəbər verir ki, İskenderun mahalının Sarıseki Məhəlləsində yaşayan 58 yaşlı Özcan Kaya məhəllənin yeni muxtarı olub.

Muxtar Kaya vaxt itirmədən hərəkətə keçib və yas evində yemək verilməyəcəyini bildirib.Buna görə də, məhəllənin hər tərəfini plakatlarla bəzədib.


Muxtar Qayanın “Yas evində yemək yeyilməz, yeməl aparılar” plakatları məhəllə sakinlərindən tam dəstək alıb.

Muxtar Özcan Kaya dəfn evindəki yemək xərclərini universitet tələbələrinə təqaüd olaraq bağışlaya biləcəyini ifadə edərək, “Cəmiyyətin reflekslərini belə aktivləşdirmək istədim. Çünki burada iqtisadi və sosial problemlər var”, - deyə o bildirib.

Günel Məlikzadə