Astana-2024 beynəlxalq formu ləğv edildi
    • 13-04-2024, 15:40
    • 109

Astana-2024 beynəlxalq formu ləğv edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyunun 13-14-də keçiriləcək Astana beynəlxalq forumunu ləğv edib. 

News24.az  xəbər verir ki, bu barədə onun X sosial şəbəkəsində (keçmiş Twitter) mətbuat xidməti məlumat yayıb.

“Kasım-Jomart Tokayev ölkədə görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrini aradan qaldırmaq və vətəndaşlara yardım göstərmək üçün maliyyə resurslarına qənaət etmək zərurəti ilə əlaqədar Astana beynəlxalq forumunu ləğv etmək qərarına gəlib.

Prezident tədbirə dəvət olunmuş iştirakçılar bu qərara anlayışla yanaşacaqlarını ümid edib. Astana Beynəlxalq Forumu öz işini 2025-ci ildə bərpa edəcək”, - deyə Qazaxıstan prezidentinin mətbuat xidməti qeyd edib.

2023-cü ildə 8-9 iyun tarixlərində Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Forumu keçirilib. Burada 70 ölkədən mindən çox qonaq iştirak edib.

Mehriban Mirzəzadə