Professordan quş qripi ilə bağlı XƏBƏRDARLIQ
    • 17-04-2024, 13:04
    • 171

Professordan quş qripi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) genişmiqyaslı “quş qripi” pandemiyası barədə xəbərdarlıq edib. 

Bildirilir ki, bu, virus insanlar arasında bir-birinə keçər bilər.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən ekspert, həkim Adil Qeybulla bildirib ki, quş qripi yegane qripdir ki, bu qanla və kontakla daha çox keçir. 

“Əsasəndə köçəri və xəstə quşlarla qidalananda keçir.  Ona görə də, bu məsələ ortaya çıxanda bir neçə il öncə Azərbaycan hətta Böyük Britaniyanın müvafiq laborotoriyaları ilə əməkdaşlıq edirdi və bu virusun Azərbaycanda yayılmasının qarşısı alındı. Əlbəttə, burada hava, damcı yolu ilə keçən bir şey olsaydı yəqin ki, bu bütün dünyaya yayılardı, amma hər halda bunun qarşısını almaq mümkün oldu. Nəinki, Azərbaycanda ətraf ölkələrdə də bu infeksiya lokallaşdırlıdı. Bununnla bağlı konkret təcrübə ortada var. Bu da əsasən müəyyən şəkildə qidalanmağın aradan qaldırılması, quş ətinə nəzarətin artırılması və birdə ən əsası köçəri quşların hamısı ölkə ərazisinə müəyyən dövrdə gəlir və onların yollanmasına qadağan edilməsi. 

Ekspert qeyd edib ki, əhaliyə daim maarifləndirmə və nəzarətin həyata keçirilməsi yolu ilə bunların qarşısını ala bilərik.

“Bu xəbərdarlıq əgər konkret bir təhlükə ilə bağlıdırsa, buna əməl edilməlidir. Bununla bağlı da konkret tədbirlər görülməlidir. Biz bu istiqametdə proflaktikaya daha çox önəm verməliyik və yoluxmaların qarşısını almalıyıq. Bu prosesdən mümkün qədər itkisiz çıxmağa çalışmalıyıq”.

Mehriban Mirzəzadə