HƏMAS Dohanı tərk edəcək?
    • 23-04-2024, 15:42
    • 99

HƏMAS Dohanı tərk edəcək?

Wall Street Journal qəzeti HƏMAS-ın siyasi ofisinin Dohanı tərk etməyi düşündüyünü iddia edib. Qəzetin iddiasına görə, HƏMAS rəsmiləri son günlər regionun ən azı iki ölkəsi ilə əlaqə saxlayıb. "Paytaxtlarına köçmək” məsələsini müzakirə ediblər.

News24.az xəbər verir ki, Qətərdən məsələ ilə bağlı verilən açıqlamada Qəzza müharibəsində vasitəçilik səyləri davam edərkən Həmas-ın Dohadakı siyasi ofisinin varlığına son qoymaq üçün heç bir səbəb olmadığı vurğulanıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Majed Al-Ansari mətbuat konfransında Qətərin vasitəçiliyə sadiq qaldığını, lakin əlavə edib ki, “səylərinə edilən hücumlarda məyusluq” səbəbindən rolunu yenidən qiymətləndirir.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun 2012-ci ildən yerləşdiyi Qətərin paytaxtı Dohadan getməsi artıq dalana dirənmiş atəşkəs danışıqları üçün son addım ola bilər.

Ərəb rəsmiləri isə bildiriblər ki, HƏMAS son günlər ən azı iki ölkə ilə əlaqə saxlayıb. HƏMAS Siyasi Bürosunun paytaxtlarına köçürülməsi məsələsinə necə baxdıqlarını soruşub. İddialara görə, bu ölkələrdən biri də Omandır.

Günel Məlikzadə