Bakıda qəza: Ölən və yaralananlar var
    • 16-05-2024, 09:15
    • 257

Bakıda qəza: Ölən və yaralananlar var

Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yol-nəqliyyat hadisəsi olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

News24.az  "Report"a istinadən xəbər verir ki, Məmmədov Piruz İsa oğlu gecə saatlarında etibarnamə əsasında idarə "Mercedens Benz C 320" markalı avtomobillə sözügedən ünvanda hərəkətdə olarkən idarə etməni itirib yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.

Nəticədə sərnişinHəsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Məmmədov Piruz İsa oğlu da daxil olmaqla avtomobildə olan digər sərnişinlər Piriyev Orxan Fariz oğlu və Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi cinayət işi başlanılıb.