"Kədərləndim, göz yaşı məni bürüdü" - VİDEO
    • 16-05-2024, 20:28
    • 524

"Kədərləndim, göz yaşı məni bürüdü" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva Qarabağa getməsindən və orada səhnə almasından danışıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, "Xarıbülbül" festivalına qatılan müğənni təəssüratlarını bölüşüb. İfaçı yayımladığı videoda bunları deyib:

"Həddindən çox kədərləndim, məni göz yaşı bürüdü. Alınan torpaqlarımıza qədəm basdıqda Allahıma şükür etdim. 30 illik həsrətimiz bitdi. Əlbəttə, övladlarımızın, igidlərimizin qanı, Prezidentimizin dəmir yumruğu sayəsində. Bütün bunlar fəxr olunasıdır. Fəxr edirəm ki, həsrətində olduğum Qarabağımdayam".