“Eurovision” qalibi Nemo hökumətə çağırış etdi: “Biz üçüncü cinsi tanımalıyıq...”
    • 16-05-2024, 18:24
    • 191

“Eurovision” qalibi Nemo hökumətə çağırış etdi: “Biz üçüncü cinsi tanımalıyıq...”

“İsveçrədə üçüncü cins üçün giriş yoxdur. Və hesab edirəm ki, bu, tamamilə qəbuledilməzdir.Biz bunu dəyişdirməliyik”.

News24.az xəbər verir ki, bunu 2024 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən və müsabiqənin qalibi olan Nemo Mettler deyib.

Nemo, İsveçrənin ədliyyə naziri Beat Jans ilə özünü LGBT üzvü kimi tanıdan insanların hüquqları barədə danışmaq üçün danışıqlar aparmağı təşkil etməyə ümid etdiyini söyləyib.

Qeyd edək ki, 2024 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni The Code mahnısı ilə təmsil edən və 591 xalla qalib gələn Nemo Mettler  olub.

Mehriban Mirzəzadə