100 gündür beyin çipi ilə yaşayır
    • 22-05-2024, 23:00
    • 394

100 gündür beyin çipi ilə yaşayır

“Neuralink” şirkəti daha bir insana beyin çipi yerləşdirmək üçün  icazə alıb

Elon Maskın dünyanın texnoloji nəhəngi hesab edilən “Neuralink” şirkəti daha bir insana beyin çipi yerləşdirmək üçün  icazə alıb. İcazəni şirkətə ABŞ Qida və Dərman Dairəsi (FDA) verib.

News24.az “Sherg.az”-a istinadən bildirir ki, “Neuralink” şirkəti beyin implant həyata keçirməklə də tanınır. Şirkət beyin çipi ilə bağlı ilk təcrübəni həyata keçirib və bir insanın beyninə çip yerləşdirilib. İndi isə ikinci insana çip yerləşdirməyə hazırlaşır. İlk sınaq zamanı bəzi problemlər ortaya çıxdığından şirkətdən bu işi dayandırması tələb olunmuşdu. Problemlər ortadan qaldırıldıqdan sonra yenidən çip yerləşdirməni təkrarlamaq fikrindədirlər. FDA bu dəfə şirkətə ikinci insanın beyninə çip yerləşdirilməsinə icazə verib. Növbəti proqramda cihazın ultra incə naqillərindən bəzilərinin beynin daha dərinliklərinə yerləşdirilməsi əksini tapır. Qeyd olunur ki, beyninə çip yerləşdirilən ilk insan Nolan Arbaughdur. Əməliyyat zamanı onun başında hava sıxılması müşahidə edilib, bu durumun təhlükəli ola biləcəyi iddia edilib. Nolan Arbaugh 2016-cı ildə keçirdiyi qəza nəticəsində çiyinlərindən aşağı hissədə hissiyatını itirib. Və sağalacağına ümid edərək beyninə çip yerləşdirilməsinə razı olub. Başının kiçik bir parçasını çıxarmaq və çipi beyinə yerləşdirmək əməliyyatı tikiş maşınına bənzər robot tərəfindən 30 dəqiqə ərzində icra edilib. “Beyin implantı” adlanan bu əməliyyat yanvar ayının 30-da gerçəkləşib. 100 gündən artıqdır ki, bu insan beynində çiplə yaşayır.