İraqda partlayış: Ölənlər var
    • 23-05-2024, 14:04
    • 189

İraqda partlayış: Ölənlər var

İraqda yola düşən partlayıcı qurğu bir ailəni məhv edib. Səlahəddin şəhərində Beyci-Tikrit yolunda quraşdırılan partlayıcı qurğu axşam saatlarında avtomobil keçərkən işə düşüb.

News24.az xəbər verir ki, partlayışdan sonra vasitədə olan 6 nəfərlik ailə həyatını itirib.

İstintaqda təhlükəsizlik mənbələri yol kənarındakı partlayıcı qurğunun 2014-cü ildə İraqın böyük bir hissəsini işğal edən terror təşkilatı İŞİD-in geridə qoyduğunu bildirib.

Günel Məlikzadə