İtkin düşmüş qız tapıldı - Ərə gedibmiş...
    • 25-05-2024, 09:35
    • 169

İtkin düşmüş qız tapıldı - Ərə gedibmiş...

Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.

News24.az xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib. (APA)