Daudov Çeçenistanın yeni baş naziri oldu
    • 25-05-2024, 10:12
    • 149

Daudov Çeçenistanın yeni baş naziri oldu

Çeçenistanda deputatlar parlamentin keçmiş spikeri Maqomed Daudovun respublika hökumətinin sədri təyin edilməsi üçün namizədliyini dəstəkləyiblər.

News24.az xəbər verir ki, bu barədə Daudovun özü Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, müvafiq qərar yekdilliklə qəbul edilib.

Qeyd edək ki, mayın ortalarında Daudov 2015-ci ilin iyulundan tutduğu Çeçenistan parlamentinin sədri vəzifəsindən vaxtından əvvəl istefa verdiyini açıqlayıb. Mayın 24-də rayon rəhbəri Ramzan Kadırov respublika hökumətinin sədri vəzifəsinə onun namizədliyini irəli sürdüyünü açıqlayıb.

Onu da bildirək ki, bir sıra jurnalist və politoloqların fikrincə, Daudov Çeçenistanda ikinci ən nüfuzlu şəxsdir və Kadırovun yaxın çevrəsinin bir hissəsidir. Fevralda III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu həftə o da məlum olub ki, Çeçenistan Respublikası hökumətinin keçmiş sədri Müslüm Xuçiyev Rusiya baş naziri Mixail Mişustinin köməkçisi təyin edilib.


Günel Məlikzadə