Məktəbin damı uçdu: Yaralananlar var
    • 25-05-2024, 12:46
    • 227

Məktəbin damı uçdu: Yaralananlar var

Rusiyada məktəbdə keçirilən təntənəli yığıncaqda zamanı güclü külək binanın damını uçurub.

News24.az “Baza” kanalına istinadən xəbər verir ki, hadisə Krasnodarda baş verib. 

Qeyd edək ki, məktəbin damının uşaqların üzərinə düşməsi nəticəsində azı 10 şagird xəsarət alıb.

Xəsarət alan şagirdlərdən bəzilərinin qabırğa və çiyinləri sınıb.

Onu da bildirək ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Teymur Məmmədov