Ermənistanda hökumət əleyhinə etiraz
    • 27-05-2024, 13:14
    • 184

Ermənistanda hökumət əleyhinə etiraz

Erməni mətbuatında yer alan xəbərə görə, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hökumət əleyhinə qruplar səhər saatlarından paytaxt İrəvanın bəzi küçələrini nəqliyyatın hərəkətinə bağlayıb.

News24.az xəbər verir ki, müxalifət deputatları da daxil olmaqla, polis qüvvələri ilə fəallar arasında vaxtaşırı toqquşmaların yaşandığı bildirilib.

Bir çox fəalın polis tərəfindən zor tətbiq edilərək saxlanıldığı, saxlanılanların sayının 240-ı ötdüyü bildirilib.

Arxiyepiskop Qalstanyanın rəhbərlik etdiyi fəallar dünən saat 16.00-da Respublika meydanında mitinq keçiriblər.

Aksiyada fəallar arxiyepiskop Qalstanyanın baş nazirliyə namizədliyini irəli sürdükdən sonra baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüş ediblər.

Fəallar Paşinyanla görüş istəyiblər, lakin baş nazir bu xahişə cavab verməyib.

Bu arada arxiyepiskop Qalstanyan ermənilərin dini lideri katolikos II Qaregindən “dini statusunun dondurulmasını” xahiş etdiyini, lakin din xadimi işini tam tərk etmədiyini açıqlayıb.

Qalstanyanın “dini statusunun dondurulması” tələbi onun baş nazirliyə namizəd olmasına müsbət yanaşmasının göstəricisi kimi qiymətləndirilir.

Bildirilib ki, Qalstanyan hökumət əleyhinə olan fəallar, o cümlədən keçmiş siyasətçilər tərəfindən baş nazirliyə namizəd göstərilsə və “Mən xalqın iradəsinə qarşı gedə bilmərəm” desə, buna qarşı çıxmayacaq.


Günel Məlikzadə