Tayfun vurdu: Ölən və yaralananlar var
    • 27-05-2024, 15:01
    • 149

Tayfun vurdu: Ölən və yaralananlar var

Həftə sonu Filippinə təsir edən Aghon qasırğası güclü külək və yağışlara səbəb olub.

News24.az xəbər verir ki, yerli hakimiyyət orqanları Quezon şəhərində daxmanın güclü dalğalar nəticəsində uçması nəticəsində 7 aylıq körpənin dənizə düşərək öldüyünü açıqlayıb.

Lusena və San Antonio şəhərlərində iki nəfərin ağacın yaşadıqları daxmaların üzərinə aşması nəticəsində həyatını itirdiyi qeydə alınıb.

Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tayfun səbəbiylə Bicol bölgəsində yaşayan 7 nəfərin yaralandığını, ölkə daxilində isə 19 min 373 nəfərin tayfundan təsirləndiyini açıqlayıb.

5 min 343 nəfərin evlərindən, 2 min 162 nəfərinin müvəqqəti sığınacaqlara köçürüldüyü qeyd edilərkən, bu gün bir çox məktəbdə təhsilin dayandırıldığı bildirilib.

Onu da bildirək ki, Filippin Atmosfer, Geofizika və Astronomiya Xidmətləri İdarəsi (PAGASA) da Aghon qasırğasının yaxın 2 gün ərzində Filippin dənizi üzərində hərəkət edəcəyini və mayın 29-dək təsirini tədricən itirəcəyini açıqlayıb.

Günel Məlikzadə