Yaralını xəstəxanaya tabutda apardılar
    • 27-05-2024, 17:53
    • 170

Yaralını xəstəxanaya tabutda apardılar

Antalyada şəxsiyyəti hələlik məlum olmayan şəxs bir avtomobil tərəfindən yaralanıb.

News24.az xəbər verir ki, hadisəni görənlər 112 Təcili Zəng Mərkəzinə vəziyyəti xəbər veriblər. 

Xəbər üzərinə ünvana polis qrupu göndərilərkən ətrafdakılar yaralılara ilkin tibbi yardım göstərib.

Təcili yardım gecikəndə bölgədəkilər yaralını maşınla xəstəxanaya çatdırmaq qərarına gəliblər.

Yaralı hələ ki, mənbəyi məlum olmayan açıq tabuta qoyulub, yük maşınının arxasına yüklənərək rayon xəstəxanasına aparılıb.

Günel Məlikzadə