Terror aktı oldu: XEYLİ SAYDA ÖLƏN VAR
    • 27-05-2024, 18:31
    • 128

Terror aktı oldu: XEYLİ SAYDA ÖLƏN VAR

Malidə törədilən terror aktı nəticəsində 20 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə yerli KİV-in məlumat yayıb.

Məlumata görə, ölkənin mərkəzi hissəsində yerləşən Bandiaqara rayonunun Diallassagou kəndi naməlum şəxslərin hücumuna məruz qalıb.

Tarlalara getməyə hazırlaşan mülki vətəndaşları hədəf alan hücumda 20 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.

Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalıb.

Qeyd edək ki, terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.

Mehriban Mirzəzadə