CNN:
    • 29-05-2024, 15:32
    • 138

CNN: "İsrail Amerika silahlarından istifadə edib"

ABŞ-ın CNN telekanalının məlumatına görə, İsrailin Rəfahdakı çadır düşərgəsinə hücumunda ABŞ istehsalı olan sursatlardan istifadə edilib.

News24.az xəbər verir ki, bazar günü gecə İsrail ordusu Rəfahın Tal əs-Sultan bölgəsində HƏMAS üzvlərinin sığındığı iddia edilən bir iqamətgahı bombalayıb. Hücumda çadır düşərgəsində qalan uşaqlar da daxil olmaqla ən azı 45 nəfər həlak olub. 200 nəfər isə yaralanıb.

Qeyd edək ki, CNN tapıntılarını hücum yerində çəkilmiş görüntülərə əsaslanaraq, geolokasiya edilmiş videoda “ABŞ istehsalı GBU-39 kiçik diametrli bombanın” quyruğunun göründüyünü və bu tapıntının dörd partlayıcı silah mütəxəssisi tərəfindən təsdiqləndiyini bildirib. 

CNN əlavə edib ki, sursat qalıqlarında görünən seriya nömrələri GBU-39 hissələrinin Kaliforniyada yerləşən istehsalçısına uyğun gəlir.

Onu da bildirək ki, İsrail ordusu dünən verdiyi açıqlamada hadisə ilə bağlı təhqiqatın davam etdiyini və mülki vətəndaşların ölümünə səbəb olan yanğının nədən qaynaqlandığının hələ də “müəyyən olmadığını” bildirib.

Günel Məlikzadə