Kim Çen In raket sistemlərinin atışlarına şəxsən rəhbərlik etdi
    • 31-05-2024, 08:30
    • 131

Kim Çen In raket sistemlərinin atışlarına şəxsən rəhbərlik etdi


Şimali Koreyanın başçısı Kim Çen In 600 mm çaplı raket silahlarının batareyalarının atışlarına şəxsən nəzarət edib, bu zaman KXDR ordusu 365 km məsafədəki hədəfi vurub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

KMTA-nın məlumatına görə, atışma Cənubi Koreyanın hərəkətlərinə cavab olaraq həyata keçirilib.