Qaçırdığı maşınla qəza törətdi
    • 3-06-2024, 11:57
    • 110

Qaçırdığı maşınla qəza törətdi

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş mövsüm İsgəndərov saxlanılıb.

News24.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, M. İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus VAZ 2106 markalı avtomobili qaçırıb. M. İsgəndərov Yevlax şəhərində saxlanılıb. Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus VAZ2106 markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.