"Bu müharibə ABŞ-yə də baha başa gələcək"
    • 3-06-2024, 14:26
    • 124

"Bu müharibə ABŞ-yə də baha başa gələcək"

“Moskvanın Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının hərbi obyektlərinə, o cümlədən raket hücumu ilə bağlı xəbərdarlıqlara cavabı asimmetrik ola bilər, ABŞ bunun nəticələrini hiss edəcək. “

RTV TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Cavablar asimmetrik ola bilər. ABŞ-nin bu məsələdəki mövqeyinə gəlincə, bu məsuliyyətsizlikdir. Onlar Kiyevə hər hansı bir cinayət, bu cür hər hansı bir aksiya üçün şərait yaradırlar və bu cür təhlükəli addımların qarşısını almaq üçün heç nə etmirlər. Bu müharibə ABŞ-yə də baha başa gələcək" - deyə diplomat bildirib