![Şagird yerdəyişməsi DAYANDIRILDI](/uploads/posts/2024-06/7d30b12ea3958a6a75f126e6c5f9a9e2.webp)
-
- 3-06-2024, 17:09
- 137
Şagird yerdəyişməsi DAYANDIRILDI
Bu gün saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatıb.
2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.
Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.