Ağdaşda 14 yaşlı gənc iki avtomobilin arasında qaldı - VİDEO
    • 6-06-2024, 10:44
    • 205

Ağdaşda 14 yaşlı gənc iki avtomobilin arasında qaldı - VİDEO

Bu gün Ağdaş rayonunda 14 yaşlı gəncin ağır bədən xəsarətləri alması ilə nəticələnən nəqliyyat hadisəsi baş verib. 

Beləki, Ağdaş rayonunda keçiriləcək toy mərasimi üçün Bakı şəhərində fəaliyyət göstərən kirayə avtomobil şirkətlərinin birindən götürülən “Mercedes Gelandewagen” markalı 99-SV-088 dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürülərək Ağdaş rayonuna aparılıb. Toy öncəsi avtomobil yuyulması üçün rayonda fəaliyyət göstərən avtoyuma məntəqələrindən birinə verilib. 

Avtoyuma məntəqəsinin əməkdaşı isə avtomobili geri verərkən tormoz pedalı ilə qaz pedalının yerini dəyişik salması nəticəsində avtomobil sürətlənərək arxada təmir sexlərinin birində təmir üçün saxlanılmış digər avtomobilə çırpılıb. Hadisə nəticəsində təmir sexində usta köməkçisi işləyən 14 yaşlı gənc iki avtomobilin arasında qalaraq ağır bədən xəsarətləri alıb. Hadisədən sonra gənc dərhal xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.