Bu qadınlar ərlərinin varlanmasına mane olurlar - ARAŞDIRMA
    • 6-06-2024, 23:59
    • 1 341

Bu qadınlar ərlərinin varlanmasına mane olurlar - ARAŞDIRMA

Deyingən və həmişə narazı qadınlar ərlərinin varlanmasına imkan vermirlər.

News24.az xəbər verir ki, bu fakt rus psixoloqların apardığı araşdırma ilə müəyyən edilib.

Ərlərinə daima qorxu aşılayan qadınlar onların varlanmasına mane olanlardır.

“Niyə bilmədiyin işlərə baş qoşursan?”, “Qazandığın pul onsuz da bizə bəs edir”, “Bizi Əli aşından da Vəli aşından edərsən” tipli məsləhət verən qadınlar ərlərinə yaxşılıq etdiklərini düşünürlər. Bu fikirlər kişini iddiasız olmağa səsləyir. Bu isə kişilərdə qorxunun yaranmasına səbəb olur. Qorxu kişini iflic edir. O, irəli getməyə, yeniliklərə risk etməyə qorxur.

Həddindən artıq qənaətcil olan qadınlar da kişilərin maddiyyatının yaxşıya doğru getməsinə imkan vermirlər.

“Gör necə qənaətciləm", “Bizə artıq heçnə lazım deyil”, “Ucuzunu alarıq” tipli cümlələr quran qadınlar ömür boyu məhsulların keyfiyyətsizinə üstünlük verirlər. Habelə, yeməyə, təhsil və inkişafa xərclənəcək pula qənaət edirlər. Bu qadınlar ailə büdcəsinin yetərli olduğunu kişiyə inandırırlar. Arzusuz yaşayan qadın tipajları da bu kateqoriyaya daxildir. Onlar əyləncə və istirahətə pul xərcləmirlər. Əllərində olan ilə kifayətlənirlər. Bu həyatdan heçnə arzulamırlar. “Maşın niyə lazımdırki?, “Niyə başqa evə köçək? kimi əsassız arqumentlərlə kişinin maliyyə inkişafına mane olurlar".