İranda prezident seçkiləri ilə bağlı mediaya SƏRT XƏBƏRDARLIQ
    • 7-06-2024, 20:44
    • 156

İranda prezident seçkiləri ilə bağlı mediaya SƏRT XƏBƏRDARLIQ

Konstitusiyanın İcrasına Nəzarət Şurası prezident seçkilərində namizədlərin səlahiyyətlərinin yoxlanılmasına başlayarkən, iyunun 5-də hakimiyyət qollarının rəhbərləri də iclas keçiriblər.

News24.az Ednews-a istinadən xəbər verir ki, Məlumata görə, iclasda İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Ejei, parlamentin sədri Mahəmməd Baqir Qalibaf, dövlət televiziyasının rəhbəri Peyman Cəbəli, Təhlükəsizlik naziri İsmayıl Xətib, rabitə naziri İsa Zarepur iştirak edib. 

Görüşdə seçkiləri boykot etməyə və insanları seçkilərdə iştirakını azaltmağa təhrik və təşviq etmək üçün hər hansı məzmunun paylaşılması, icazəsiz etirazlar, tətillər və oturaq aksiyaların keçirilməsi cinayət sayılıb. Bildirilib ki, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görüləcək.

Bununla yanaşı, hər hansı medianın l seçkilərlə bağlı rəy sorğusu keçirməsi və proqnozlar verməsi də qadağan edilib.