Xilaskar Məsihin heykəli boyandı
    • 7-06-2024, 17:11
    • 173

Xilaskar Məsihin heykəli boyandı

Rio-de-Janeyrodakı məşhur Xilaskar Məsih heykəli Ümumdünya Ətraf Mühit Həftəsi çərçivəsində ətraf mühitə diqqəti artırmaq üçün kətan kimi istifadə edilib.

News24.az xəbər verir ki, 2015-ci ildə Roma Papası Fransisk tərəfindən nəşr olunan və hamını dünyanı qorumağa çağıran "Laudato Si" ensiklikindən götürülmüş portuqal dilində bir cümlə ətraf mühitə qayğı ilə bağlı "yeni və universal həmrəyliyə" çağıran heykəlin üzərinə proyeksiya edilib.

Qeyd edək ki, dünyaca məşhur heykəl şəhərin görməli yerlərindən biridir.

Günel Məlikzadə