HƏMAS: İsrail arzuolunmaz bir quruma çevrilib
    • 8-06-2024, 08:57
    • 197

HƏMAS: İsrail arzuolunmaz bir quruma çevrilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrail ordusunu "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələrdən qara siyahıya salmasından sonra Həmas Hərəkatının Siyasi Büro üzvü Rişk Telegram hesabından yazılı açıqlama verib.

News24.az xəbər verir ki, Benyamin Netanyahu (İsrail baş naziri), ordu və hökumətin İsrailin qara siyahıya düşməsindən bir daha qorxduğunu ifadə edən Rişk, "İsrail artıq beynəlxalq məhkəmələrdə mühakimə olunan arzuolunmaz bir varlığa çevrilib" deyib.

İsrailin iyunun 6-da Ən-Nüseyrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) aid bir məktəbə hücumuna toxunan Rişk, bu hücumun qəsdən törədilmiş soyqırım və etnik zəmində olduğunu bildirib. 

İsrailin sözügedən məktəbdə müqavimət döyüşçülərinin olması ilə bağlı iddialarının "gülünc bir yalan" olduğunu qeyd edən Rişk, heç bir günahsız mülki vətəndaşın öldürülməsinə haqq qazandıra bilməyəcəyini bildirib.

Günel Məlikzadə