Türkiyədə dəhşətli yanğın - VİDEO
    • 8-06-2024, 09:04
    • 191

Türkiyədə dəhşətli yanğın - VİDEO

Türkiyədə dəhşətli yanğın baş verib.

News24.az xəbər verir ki, Qaziantepin İslahiye rayonunda əkinçilik sahələrində küləş səbəbindən yanğın baş verib. 

Gecə saatlarında başlayan yanğın qısa zamanda böyüyüb. Yanğının qarşısını almaq üçün çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Qeyd edək ki, İlçe Qubernatorluğu və Bələdiyyənin məscid və sosial media vasitəsilə etdiyi çağırış üzərinə vətəndaşlar da traktorları ilə yanğını söndürmə işlərinə qatılıb.

Digər tərəfdən, İslahiye İlçe Qubernatorluğu tərəfindən sosial mediada, "200-dən çox vasitə və 400 personalın iştirakı ilə, vətəndaşlarımızdan tədbir və dəstək tələb olunan vasitələrin iştirakı ilə söndürmə və soyutma işləri davam edir" paylaşım edib.


Günel Məlikzadə