Şəmkirdə bir gündə 37 inək dərmandan zəhərlənərək ÖLDÜ
    • 9-06-2024, 18:47
    • 152

Şəmkirdə bir gündə 37 inək dərmandan zəhərlənərək ÖLDÜ


Şəmkirdə mal-qara arasında kütləvi tələfat olub.

"News24.az "Unikal"a istinadla bildirir ki, hadisə  rayonun Morul kəndində yerləşən təsərrüfatların birində qeydə alınıb. Təsərrüfat sahibi Anar Məmmədov bildirib ki, saxladığı inəkləri niastolla dezinfeksya etdikdən təxminən 30 dəqiqə sonra mal-qara arasında qəfl ölüm olub. O qeyd edib ki,  inəkləri dezinfeksya etmək üçün Şəmkir rayonunda yerləşən Baytarlıq aptekindən niastol  alıb. Ancaq aldığı dərman niastol deyil, başqa zəhərli dərman çıxıb. Zərərçəkən həmin  dərmanların aidiyyatı qurumlar tərəfindən yoxlanılması istəyir.

İnəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.